• 19 dekabr 1982
  • Əli Bayramlı, Azərbaycan SSR, SSRİ
  • Female
  • azərbaycanlı

Oksana Rəsulova

Biography

Oksana Rəsulova — Hind rəqslərinin mahnir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi.“OksiMedia” MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə “Şavratri” adlı ilk keçirilən müziklda “Apsara” rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"ndə 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı “Divali 2009” da təmsil edib və 1-ci yərə çıxıb. Daha sonra “Hind rəqsləri üzrə 3-cü açıq konkurs”-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, azərbaycan və rus dillərinidə həmçinin bilir.

Filmography

Movie Name Release Date
Sevgi Romanı February 11, 2020