121 votes 4.4

Synopsis

3.7
(3)

 

 

Azərbaycanın ilk internet serialının qala təqdimatı baş tutdu. Tədbir Kinematoqrafçılar ittifaqının nəzdindəki Kino Evində keçirildi. Çox serialı bədii internet serialının quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoy tədbirdə bunları qeyd etdi:
Bu gün bu addımı atmaq peşəkarlıqla yanaşı cəsarət tələb edirdi. Çünki izləyicinin yerli film barədə ümidləri tükənib.

Buna baxmayaraq ətrafımda olan sadiq və işinin peşəkarı olan dostlarla birlikdə Sayrışan İşıqlar bədii internet serialını ərsəyə gətirdik.

Ssenari yazılan zaman müasir izləyici psixologiyasını əsas götürdük. Xüsusilə yutub izləyici psixologiyasını araşdıraraq ona uyğun ssenarini yazdıq. Filmin hislərə toxunacağını bilirdim amma qala gecəsində zalda demək olar ki, hər kəsin ağlaması bir daha məni əmin etdi.

Düşünürəm ki, film psixologiyanın predmetidir. Və bacardığım qədər filmə psixologiyanı tətbiq edirəm.

Məqsədimiz sadəcə film çəkib internetə yüklənməyin fövqündədir. Biz Azərbaycan film sektorunda yeni cığır, yeni yol yaratmaq istəyirik. Əlbəttə ki, bunun Azərbaycan kino sahəsinə böyük qatqısı olacaq.
internet serialı olduğu üçün işimiz sosial şəbəkələrdə paylaşımlardan keçir. Nə qədər çox paylaşılsa bir o qədər effekt əldə edəcəyik. Və bu tək bizim deyil Azərbaycan kinosunun qazancı olacaq.
Hazırda paralel olaraq komediya və detektiv janrında internet serialı üzərində çalışırıq. Bununla yanaşı sırf yeniyetmələrə xitab edəcək layihənin də ilkin addımlarını atmışıq. 2020 Azərbaycan filmi üçün dirçəliş ili olacağına əminəm.

Qeyd edək ki, filmdə baş obrazı Reşat Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev paylaşır. Əsas obrazlarda Nalati , Kərəm Hadızadə, Eva Elvidə, Sədaqət Oktay və digərləri canlandırır. Filmin quruluşçu operatoru Elvin Əsgərov, köməkçi rejissor qismində Böyükağa Əliyevsəs rejissoru Vüqar Sübhandır.

 

Qiymətləndir

Fikrini paylaş!

Orta reytinq 3.7 / 5. Səs sayı: 3

İndiyə qədər səs yoxdur! Bu yazını qiymətləndirən ilk olun.

Video & Photo

1 videos 13 photos

Write a comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir