29 votes 4.3

Synopsis

5
(1)

 

 

Azərbaycan Film Akademiyası, Azərbaycan film sahəsində inqilab yaradacaq ilkə imza atdı. Belə ki, layihəninin idea müəllifi Zaur Tahirsoy bunları qeyd edib.

İnternet serialı çəkmək hələ 2016-cı ildən ağlımda var. Amma o zamanlar münbit şəraitin olmaması və dünyada geniş vüsət almaması layihəmizin gecikməsinə səbəb oldu. Aktiv şəkildə 2019-cu ilin may ayında ilk çəkilişə start verdik. Keyfiyyətli olması üçün düşünülmüş strategiya ilə addımladıq. Bunun üçün müddət uzun oldu. Çünki ilk olmaq özü ilə bərabər məsuliyyət gətirir. Bu səbəbdən olduqca həssas yanaşdıq. Bir neçə dəfə ssenarini və aktyor heyyətini dəyişdik. Ssenari yazılan zaman sosial və psixoloji amilləri əsas tutduq. Nəticədə 2019-cu ilin oktyabr ayında çəkilişləri tamamladıq.

Məqsədimiz sadəcə “film” çəkib yutuba yükləmək olsaydı təbii ki, 1 ay ərzində buna nail olardıq. Amma məqsədimiz bunun fövqündədir. Biz Azərbaycan kino sahəsində yeni alternativ yol yaradırıq. Bizdən sonra və ya mediada xəbərlərimizi oxuyub bir çoxları internet serialı çəkməyə başlayacaq. Bu bizi əsla narahat etmir. Çünki bizim elə əsas məqsədimiz kino istehsalçılarının və sahibkarların diqqətini bu yola yönəltməkdir. Nəticədə Azərbaycan filmi qazanacaq. Film çəkildikcə inkişaf edən sahədir. Sadəcə internet serialı çəkənlərdən bir xahişim olacaq. Keyfiyyətsiz işlərlə sponsorları hürkütməyin! Biz keyfiyyətli iş ortaya qoyaraq sponsorlara televiziya qədər və hətta ondan daha çox təsirli bir sahənin olduğunu isbat etməyə çalışırıq. Xarab və zövqsüş işlərlə bu yeniliyi ZİYAN etməyin!

Məlum layihənin video və foto görüntülərini sizlərə təqdim edirik. Azərbaycanın ilk internet serialını izləmək üçün yutubda Medplus TV kanalına abunə ola bilərsiniz.

Qiymətləndir

Fikrini paylaş!

Orta reytinq 5 / 5. Səs sayı: 1

İndiyə qədər səs yoxdur! Bu yazını qiymətləndirən ilk olun.

Video & Photo

1 videos

Write a comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir